“Yeni Bakı”da dəhşətli cinayət - KOMENDANT 3 NƏFƏRİ GÜLLƏLƏDİ

“Yeni Bakı”da dəhşətli cinayət - KOMENDANT 3 NƏFƏRİ GÜLLƏLƏDİ
  • Hadisə

  • Masazırda 3 nəfər "Vinçester” markalı odlu silahdan açılan atəş nəticəsində çoxsaylı qırma yarası alıb.

    Asiya.az xəbər verir ki, hadisə qəsəbədəki "Yeni Bakı” yaşayış kompleksi ərazisində baş verib.

    Hadisə zamanı 1994-cü il təvəllüdlü Kamran Qasımov sağ ayağından, 1990-cı il təvəllüdlü Talıbov Məmməd döş və qarın nahiyələrindən və 1980-ci il təvəllüdlü Gəncəliyev Zaur döş və qarın nahiyələrindən çoxsaylı qırma yarası alıblar. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.

    Xəsarət alanların sözlərinə görə, onlara "Vinçester” markalı silahdan atəş açan "Yeni Bakı” yaşayış kompleksinin komendantı Ehtiram adlı şəxsdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər