Bakıda böyük əhəmiyyətli yeni avtomobil yolu salınır - VİDEO

Bakıda böyük əhəmiyyətli yeni avtomobil yolu salınır - VİDEO
  • Sosial / Asiya TV

  • Suraxanı rayonu Hövsan qəsəbəsindən hava limanı istiqamətidə getmək asanlaşdırılır. Bu qəsəbədən Zığ-Qala yoluna birləşən yeni yol tikilir. Suraxanı rayonu ərazisində 3 qəsəbəni birləşdirən yolda aparılan təmir işləri isə yekunlaşmaq üzrədir.

    Hövsan qəsəbəsindən Zığ-Qala yoluna birləşən yeni avtomobil yolu inşa edilir. Söhbət Hövsan qəsəbəsinin mərkəzi yolu ilə "Zeytun sovxozu" adlanan yaşayış sahəsindən keçməklə Zığ-Qala avtomobil yolunu birləşdirəcək yeni yoldan gedir. Ümumi uzunluğu 6,6 km olan layihənin icrası davam etdirilir. Artıq işlərin böyük hissəsi yekunlaşmaq üzrədir.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli bildirir ki, yeni yol bir sıra əhəmiyyətli yollara çıxışı xeyli asanlaşdıracaq.


    Yeni yol və küçələrin 2 hərəkət zolaqlı olmaqla enləri 8 metr təşkil edəcək

    Buna paralel olaraq bu yoldan ayrılan və yaşayış sahəsinin mərkəzinə, həmçinin orta məktəbə kimi gedən 3 küçədə də tikinti işləri görülür.

    Anar Nəcəfli onu da bildirdi ki, hazırda Suraxanı rayonu ərazisində 3 qəsəbəni birləşdirən digər əhəmiyyətli yolda da təmir-tikinti işləri davam etdirilir. Yeni Suraxanı, Qaraçuxur və Bakıxanov qəsəbələrini birləşdirən yolda aparılan təmir işləri də artıq yekunlaşmaq üzrədir.


    PAYLAŞ:

    Oxşar xəbərlər