Zelenski müsəlmanlardan üzr istədi

Zelenski müsəlmanlardan üzr istədi
  • Dünya

  • Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski "ÇistoNews" proqramında Çeçenistan rəhbəri Ramzan Kadırovun dua edərkən ağladığı məqamları əks etdirən kadrlardan istifadə edildiyi üçün üzr istəyib.

    Asiya.Az bizimyol-a istinadən xəbər verir ki, o, bir zamanlar özünün də üzv olduğu redaksiyada sözügedən verilişin hazırlanmasından xəbərsiz olduğunu söyləyib:

    "Məsələ Kadırovda deyil. Sadəcə, din ağrılı mövzudur. Bu, məni narahat etdi. Başqalarının dini maraqlarına toxunub, onları qıcıqlandırmaq düzgün deyil. Mən bizim uşaqların etdiklərinə görə, müsəlman aləmindən üzr istəyirəm".
    PAYLAŞ:

    Oxşar xəbərlər