İnsana sevinc və kədər limiti ayrılıb: “Limitə qənaət edənlər çox yaşayırlar”

İnsana sevinc və kədər limiti ayrılıb: “Limitə qənaət edənlər çox yaşayırlar”
  • Cəmiyyət

  • Ailədə həyat yoldaşı deyingən və əsəbi olarsa, bu da kişinin ürək ritminin sürətlənməsinə və ömrünün gödəlməsinə səbəb olur...


    Elmi-lədun araşdırmalar göstərir ki, Yaradan tərəfindən insana həyatda qalmaq üçün zamanla yanaşı, sevinc və kədər limiti ayrılır. Bunlar biri-birinin içərisində və ayrılmaz olduqlarından, sevinc və kədər olmadan zamanı yaşamaq mümkün deyildir. Bunu Quranın aşağıdakı ayəsindən görmək olur:
    “Əgər Allah insanlara xeyri tezliklə istədikləri kimi, şəri də o tezlikdə versəydi, şübhəsiz ki, əcəlləri çoxdan tamam olmuşdu…” “Yunis” surəsi, 11-ci ayə.

    Ayəyə şərhçilər tərəfindən müxtəlif formalarda təfsirlər verilsə də, əslində burada insan üçün əzəldən müəyyən edilmiş sevinc və kədər limitinə işarə verilir.
    Müqayisə üçün deyim ki, hər bir təşkilatın normal fəaliyyəti üçün, ilin başlanğıcında müəyyən bir maliyyə limiti ayrılır. Əgər təşkilat bu limitin hamısını ilin əvvəlində xərcləyib qurtararsa, sonrakı aylarda fəaliyyət göstərə bilməz. Odur ki, normal fəaliyyət göstərmək üçün, illik limit kvartallara və aylara bölünür…
    İnsan ömrü də buna bənzəyir. Dünyaya gələrkən bizə sevinc və kədər limiti ayrılır. İnsan zamanı bu limit olmadan yaşaya bilməz. Bunların tezliklə xərclənib qurtarması, insan ömrünün bitməsinə səbəb olur. “Yunis” surəsində də Yaradan məhz buna işarə vurur: “Əgər Allah insanlara xeyri tezliklə istədikləri kimi, şəri də o tezlikdə versəydi, şübhəsiz ki, əcəlləri çoxdan tamam olmuşdu…”. Yəni, ömrümüzün əvvəlində çox sevinc yaşamaq istəyiriksə, bunu sonrakı illərin hesabına edə bilərik. Zaman sevinc və kədərsiz mövcud olmadığına görə, həmin limiti xərclənmiş illərə çatdıqda artıq insan yaşaya bilməz (necə ki, təşkilat maliyyəsiz fəaliyyət göstərmir). Bu da ömrün gödəlməsinə və tez bitməsinə səbəb olur.
    Limitə qənaət edənlər isə, çox yaşayırlar.

    Yeri gəlmişkən, qeyd edim ki, limit məsələsi insanın daxili orqanlarına da aiddir. Məsələn, insan orqanizminin nasosu funksiyasını yerinə yetirən ürək, təxmini hesablamalara görə ömür boyu 2,5 milyard dəfə döyünür. Bu, bir insanın ürəyinə ayrılmış limitdir. Bu limit başa çatdıqda ürək dayanır və insanın həyatı bitir.
    Bəs necə olur ki, bir insan məsələn, əlli, digəri isə, yüz il yaşayır? Araşdırmalarımız göstərir ki, bu, ürəyin döyünmə sürətindən aslıdır. Yəni, 2,5 milyard döyünmə limitini ürək əlli ilə başa çatdırırsa, insan 50 yaşında, yüz ilə başa çatdırırsa, 100 yaşında ömrünü tamamlayır.

    Psixoloji araşdırmalarımız göstərir ki, çox yaşayan insanlar buna əsəblərinin sakit olması ilə nail olurlar. Çünki, əsəb sakit olduqca, ürək normal döyünür və ona ayrılmış limiti daha uzun müddətə başa vurur. Ailədə həyat yoldaşı deyingən və əsəbi olarsa, bu da kişinin ürək ritminin sürətlənməsinə və ömrünün gödəlməsinə səbəb olur.
    Odur ki, çalışın əsəbləşməyin və əsəbi adamlardan da uzaq gəzin.

    Dr. Paşa Yaqub,
    Psixoterapevt, elmi-lədun bilicisi
    PAYLAŞ:

    Oxşar xəbərlər