Azərbaycanda yeni polis bölməsi yaradılır

Azərbaycanda yeni polis bölməsi yaradılır
  • Cəmiyyət

  • Abşeron rayonunun Qobu qəsəbəsində yeni polis bölməsi yaradılır.

    Asiya.az ONA-ya istinadən xəbər verir ki, ictimai təhlükəsizliyin təmin edilməsinin səmərəsini artırmaq və vətəndaşların polisə müraciətlərini asanlaşdırmaq məqsədi ilə Abşeron Rayon Polis İdarəsinin Qobu polis bölməsi açılacaq.

    Qəsəbədə yeni bölmə üçün inzibati bina da inşa edilib. Bölmənin şəxsi heyəti hələlik formalaşmayıb.
    Yeni bölmənin iyul ayında açılışı gözlənilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər