Bakı marafonunun şou-biznes qalibləri - FOTOLAR

Bakı marafonunun şou-biznes qalibləri - FOTOLAR
  • Mədəniyyət / İdman

  • Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu gün səhər saatlarından başlayan “Bakı Marafonu 2019”un qalibi müəyyənləşib.

    Asiya.az xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunun qalibi böyük iradə və əzmkarlıq nümayiş etdirən uqandalı İsmail Senyange olub.
    Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edib və Bakı Olimpiya Stadionunda başa çatıb.

    Ümumi məsafəsi 21 kilometr olan marafonda Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Nəqliyyat Rabitə və Yüksək Texnologiya naziri Ramil Quluzadə və digərləri iştirak edir.

    Marafonda həmçinin şou-biznesin parlaq simaları iştirak edib. Xalq artisti Aygün Kazımova, Əməkdar artist Röya Ayxan, müğənnilər Nura Suri, Nigar Camal, Günay İbrahimli, Zamiq Hüseynov, Elit Star Cəmilə, Rövşən Civişov, aparıcı Hacı Nuran və başqaları marafona rəngarənglik qatsalarda elə ilk kilometrdə marafonu tərk ediblər.
    Təkcə müğənni Elit Star Cəmilə Rövşən Civişov Dövlət Bayrağı Meydanından Bakı Olimpiya Stadionuna kimi 21 kilometrlik yolu qətt edərək şou-biznes nümayəndələri arsında qalib seçiliblər.


    Bakı marafonunun şou-biznes qalibləri - FOTOLAR
    Bakı marafonunun şou-biznes qalibləri - FOTOLAR
    Bakı marafonunun şou-biznes qalibləri - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər