Keçmiş məhkum Mərdəkanda müalicə pansionatından oğurluq etdi

Keçmiş məhkum Mərdəkanda müalicə pansionatından oğurluq etdi
  • Olay, Kriminal

  • Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə mayın 5-nə keçən gecə Mərdəkan qəsəbəsi ərazisindəki müalicə pansionatından 4 ədəd televizorun oğurlanması barədə müraciət daxil olmuşdur.

    Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş Vahab Əliyev saxlanılıb.

    Araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər