Bunu hazırlasaz, hətta qışda da yaşıl və təravətıi şüyüddən istifadə edə biləcəksiz.
Asiya.az medicina.az-a istinadən bu maraqlı sous reseptini təqdim edir:
Şüyüd - 1dəstə
Sarımsaq - 1 baş
Limon suyu - 1 ədədin
Limon qabığı - yarım çay qaşığı
Zeytun yağı - 100 ml
Duz
Şüyüd çox xırda doğranılır, qalan ərzaqlar bura qatılıb, blenderdə azca qarışdırılır. Sıyıq kimi kütləq şüşə bankada soyuducuda saxlanılır.
Yeməklərdə, şorbalarda və ya sadəcə məcun kimi istifadə olunur.