Hərbi hissələrdə andiçmə mərasimi keçirilib - FOTO - VİDEO

Hərbi hissələrdə andiçmə mərasimi keçirilib - FOTO - VİDEO
  • Siyasət / Asiya TV

  • Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

    Asiya.az - a Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi hissələrdə təşkil edilmiş mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilərək Dövlət Himni ifa edilib və tədbir açıq elan olunub. Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.

    Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, şəhid ailələrinin üzvləri, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak ediblər.

    Rəsmi mərasim başa çatdıqdan sonra konsert proqramı təşkil olunub və valideynlərə hərbi hissələrdə yaradılmış şərait nümayiş etdirilib.

    Hərbi hissələrdə andiçmə mərasimi keçirilib - FOTO - VİDEO


    Hərbi hissələrdə andiçmə mərasimi keçirilib - FOTO - VİDEO


    Hərbi hissələrdə andiçmə mərasimi keçirilib - FOTO - VİDEO


    Hərbi hissələrdə andiçmə mərasimi keçirilib - FOTO - VİDEO


    PAYLAŞ:

    Oxşar xəbərlər