Litvada prezident seçkilərindən qabaq "süküt günü" elan edilib

Litvada prezident seçkilərindən qabaq "süküt günü" elan edilib
  • Dünya / Siyasət

  • Litvada mayın 12-sinə təyin edilmiş prezident seçkilərindən qabaq "süküt günü" elan edilib.

    Asiya.az Trend-in məlumatına istinadən bildirir ki, ölkənin qanunlarına əsasən, təşviqat səsvermənin başlanmasına 30 saat qalmış qadağan edilir.

    Prezident seçkilərində səsvermə mayın 12-si yerli vaxtla saat 07:00-da başlayacaq.

    Litvada 2,472 milyon vətəndaş səsvermə hüququna malikdir (ümumilikdə ölkədə 2,8 milyon insan yaşayır).

    Səsvermənin küçirilməsi üçün ölkədə 2 minə yaxın məntəqə açılacaq.

    Litvanın prezidenti postuna 9 namizəd var.
    PAYLAŞ:

    Oxşar xəbərlər