Azərbaycanın strateji valyuta ehtiyatları 4% artıb

Azərbaycanın strateji valyuta ehtiyatları 4% artıb
  • İqtisadiyyat

  • Bu ilin birinci rübündə Azərbaycanın strateji valyuta ehtiyatları 46,7 mlrd. ABŞ dolları təşkil edib.

    Asiya.az ONA-a istinadən məlumat verir ki, Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkənin strateji valyuta ehtiyatlarının həcmi 32 aylıq mal və xidmət idxalına kifayət edib.

    Qeyd edək ki, ötən ilin sonuna ölkənin valyuta ehtiyatlarının həcmi 44,9 mlrd. dollar olub. Bu ilin aprelin 1-nə olan göstərici ötən ilin sonu ilə müqayisədə 4% artıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər