Gədəbəy rayon icra başçısı şəhid ailəsini aldadaraq belə süründürür - ŞİKAYƏT

Gədəbəy rayon icra başçısı şəhid ailəsini aldadaraq belə süründürür - ŞİKAYƏT
  • Sosial / Araşdırma

  • Gədəbəy rayon icra başçısı İbrahim Mustafayev şəhid ailəsini aldadıb və ona qarşı süründürməçilik edir. Bunu Anews.az-a şikayətində Gədəbəy rayon Arıqıran kənd sakini, şəhid anası Qənirə Yunusova deyib.

    Qənirə Yunusova bildirir ki, 7 övlad böyüdüb, 4 oğlu vətənimizi qoruyub. Oğullarından biri şəhid olub, digər ikisi əlil oub. Amma əlil oğluna Qarabağ əlilliyi ala bilmir. Buna görə anadan 2 min manat rüşvət istənilir. Xanımın şəhid olan oğlu Seyfəddin Yunusov orduda kəşfiyyatda xidmət edib. 1994-cü ildə Ağdərə rayonunda Sərsənk su anbarı uğrunda gedən döyüşlərdə 9 nəfər hərbiçi yoldaşları ilə birlikdə kəşfiyyata göndərilib (1994-cü ilin 20 aprel gecəsində). Həmin əməliyyatda quldur ermənilər tərəfindən mühasirəyə düşüb, 9 nəfərlə birlikdə qəhrəmancasına şəhid olub.

    "26 ildir şəhid ailəsiyik. Bu günə kimi rayon rəhbərliyi və digər vəzifəli şəxslərdən kimsə bizi ziyarət etməyib. Bəlkədə heç yadlarına düşmürük və ya işdən vaxt edə bilməyiblər. Buna görə şəhid ailəsi olaraq onlardan incimirik. İllərdir çətin durumda olsaq belə yenə nə isə istəməmişik. Bir il öncə rayonumuzun icra başçısı dəyişdi. İnsanlar yeni başçını tərifləyirdilər və xüsusilə şəhid ailələrinə diqqət ayırdığını danışırdılar. Ailədə hazırda 7 nəfərik. Ailəmizin gəliri çox az olduğundan təlabatımızı qarşılamaq çox çətindir. Düşündüm ki, vətənin mənə sağ qaytardığı oğluma insanların təriflədiyi rayon rəhbərimiz İbrahim Mustafayevdən iş istəyim”- deyə Qənirə Yunusova bildirir.

    Xanımın sözlərinə görə, o, Gədəbəy rayon icra başçısı İbrahim Mustafayevin qəbuluna gedib və bildirib ki, 3 körpə nəvəsı var. Maddi imkanı çox pisdir. Oğlu Elməddin Yunusovun bir işə düzəlməsinə köməklik etsin. İbrahim Mustafayev icra hakimiyyətinin işçilərindən rayonda vakant yer olduğunu soruşub. İşçilər deyib ki, Meşə idarəsində iş var. İstəsə oğlu orada işləyə bilər. Xanımın oğlunu həmin işlə bağlı Şəmkir Regional Meşə Təsərrüfatı idarəsinə göndəriblər. Həmin idarədə isə oğlana deyiblər ki, bu idarədə vakant yer yoxdu. İdarədən xanıma deyiblər ki, "biz, dəfələrlə Gədəbəy icra hakimiyyətinə bildirmişik ki, insanları aldadıb bura göndərməyin. Sizinlə neçənci adamdı bizim idarəyə yönləndirirlər”.

    "Bundan sonra çox böyük hörmətsizlik və süründürməçiliklə qarşılaşdıq”

    Qənirə Yunusova deyir ki, onları aldatdıqlarına görə, oğlu ilə birgə bir neçə sayta şikayət ediblər və əsil müsibət də bundan sonra başlanıb. "Oğluma zəng edib deyirlər ki, şəhidlik vəsiqənizi gətirin baxaq. Oğlumun 26 il bundan öncə şəhid olduğunu bunlara sübut etməliyəmmi? Bunlar rəsmi qurumlarda olan məlumatlardan, Gədəbəy şəhidləri haqqında yazılan kitablardan xəbərsizdirlərmi? Bilmirlərmi ki, mənim oğlum necə qəhrəmancasına şəhid olub? Bu ədəbsizliklə bizə dəhşət yaşadırlar. Heyf mənim oğluma ki, bəzi vəzifələlilər ona hörmət qoya bilmirlər. Bu azmış ki, icra başçısının müavini Vüsal Musayev gah zəng edib vəsiqə istəyir, gah deyir get filan yerdə işlə. Sadəcə bizi süründürürlər”, - deyə ana etirzını bildirir.

    Məsələ ilə bağlı Gədəbəy rayon icra başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüsal Musayevlə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirdilər ki, bir müddətdən sonra bu barədə daha ərtaflı məlumat veriləcək. Biz də öz növbəmizdə söz veririk ki, icra hakimiyyətindən məlumat alan kimi onu oxucuların diqqətinə çatdıracağıq.
    Zaur Qənbərov

    Gədəbəy rayon icra başçısı şəhid ailəsini aldadaraq belə süründürür - ŞİKAYƏT
    Gədəbəy rayon icra başçısı şəhid ailəsini aldadaraq belə süründürür - ŞİKAYƏT
    Gədəbəy rayon icra başçısı şəhid ailəsini aldadaraq belə süründürür - ŞİKAYƏT
    PAYLAŞ:

    Oxşar xəbərlər