Samirə 2-ci dəfə ərə gedir: "İmkanlı şəxs və iş adamıdır"

Samirə 2-ci dəfə ərə gedir: "İmkanlı şəxs və iş adamıdır"
  • Mədəniyyət

  • Azərbaycanlı meyxanaçı-müğənni Samirə Yusifqızı 2-ci dəfə ailə qurur.
    Asiya.az Lent.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında xanım meyxanaçının özü deyib. O bildirib ki, ailə quracağı şəxs iş adamıdır: "Ailə quracağım şəxs Azərbaycan vətəndaşı deyil, əcnəbidir. İmkanlı şəxsdir. Adının açıqlanmasını istəmir. Evlilik təklifi etdi, düşündüm və müsbət cavab vermək qərarına gəldim. Onun imkanlı olması bu qərarımı verməkdə rol oynadı. Çünki imkan olmayanda ailədə söz-söhbətlərə səbəb olur. Demirəm ki, o milyonçu olmalıdır. Sadəcə ailəyə baxa biləcək gücü olmalıdır. Gördüm ki, o, ailəsindən savayı bir neçə ailəyə baxa bilər, mən də razı oldum. Mənə və sənətimə qadağalar qoymur. Sənətimi başa düşüb və məni bu sənətimlə qəbul edən adamdır. Ona görə də bu evliliyə razı oldum”.

    İfaçı bildirib ki, seçimində yaxınlarının da rolu böyük olub: "Oğlum böyüyüb, qızım da ailə qurub. Hərə özü üçün sağ olsun. Yaşlananda insana ürək sirdaşına ehtiyacı olur. Həyat yoldaşım dünyasını dəyişəndən sonra ailə qurmayacağımı demişdim. Mən qocalanda, xəstələnəndə uşaqlarım, doğmalarım gələnə qədər, yanımda bir həyat yoldaşına ehtiyacım var. Heç olmasa o anda mənə bir stəkan çay verən olsun. Yaxınlarımla bir masa arxasında bu mövzunu müzakirə etdik və bir qərara gəldik ki, "hə” deyim. Anamın, övladlarımın razılığı olmasaydı, mən onunla ailə qurmazdım”.

    S.Yusifqızı bu qərarına görə onu qınayacaq olan insanlara da sözünü deyib: "Mənim nə yaşım var ki? Ailə qurmaq yaşa baxmır. İnsanın şəxsiyyət vəsiqəsində göstərilən doğum tarixi ilə ürəyi bir ola bilməz. Əgər bir insanın ürəyi cavandırsa, ruhunu cavan hiss edirsə, enerjilidirsə, ona yaşlı demək olmaz. Özümə yaşlı insan kimi baxmıram. İncəsənət sahəsində elə insanlar var ki, 75 yaşları var, amma özlərini 50 yaşındakı kimi təqdim edirlər və ailə qururlar. Niyə mən ailə qurmayım ki? Məni tənqid edənlər sabah mənə nə çörək, nə də su verməyəcək. Hər kəs ilk öncə öz ailəsinin problemlərini çözsün, daha sonra gəlib mənim həyatımı müzakirə etsin. Mənə pis rəy yazanlara demək istəyirəm ki, ilk öncə özünüzü mənim yerimə qoyun, daha sonra nəsə yazın”.
    Müğənni sonda bildirib ki, gələcək həyat yoldaşı evli olub: "O, evli olub, yoldaşı rəhmətə gedib. Çoxdandır ki, mənlə evlənmək fikri var idi. Nəhayət razı oldum”.

    Qeyd edək ki, S.Yusifqızı 11 il ailəli olub. Həyat yoldaşı toyda oynayan zaman dünyasını dəyişib. Onun bu evlilikdən bir qızı və bir oğlu var. İfaçı bildirib ki, oğlu və qızını evləndirib, nəvələri var.
    PAYLAŞ:

    Oxşar xəbərlər