Şəkiyə yağan dolu təsərrüfata ziyan vurub

Şəkiyə yağan dolu təsərrüfata ziyan vurub
  • Sosial

  • Şəki rayonuna dolu yağıb.

    Asiya.az Reportun Şimal-Qərb bürosunun verdiyi məlumatına əsasən qeyd edir ki, dolu rayonun Orta Zəyzid kəndinə düşüb.

    Gecə saatlarından yağmağa başlayan dolu bir neçə dəqiqə müddətində hər tərəfi ağ örpəyə bürüyüb.

    Dolu meyvə ağaclarına ziyan vurub.

    Bundan başqa, Şəki şəhərinin yuxarı hissəsinə də az miqdarda dolu düşüb.

    Qeyd edək ki, dünən gecə saatlarından etibarən Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunub və intensiv yağan yağış səhər saatlarında dayanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər