Deputatdan Avtovağzaldakı ödənişlərə etiraz

Deputatdan Avtovağzaldakı ödənişlərə etiraz
  • Cəmiyyət

  • Milli Məclisin deputatı Fazil Mustafa Bakı Beynəlxalq Avtovağzalına və Bakı Beynəlxalq Hava Limanına qısa müddətdə daxil olub-çıxan şəxslərdən ödəniş alınmasının düzgün olmadığını qeyd edib.

    Asiya.az Modern.az-a istinadən xəbər verir ki, F.Mustafa Milli Məclisin bu gün keçirilən iclasında bildirib ki, Bakı Beynəlxalq Hava Limanına və Bakı Beynəlxalq Avtovağzalına 10 dəqiqəlik daxil olanda mütləq pul ödənilir:

    "Əgər vətəndaş orada uzun müddətə qalırsa, ödəniş tətbiq etmək olar. Yox, əgər vətəndaş qısa zamanda həmin əraziyə daxil olub, kimisə qarşılayırsa və ya kimisə yola salırsa, ondan ödəniş almaq düzgün deyil”.

    Fazil Mustafa Azərbaycanın ilk hərbi naziri Xosrov bəy Sultanovun xatirəsinin əbədiləşdirilməsinin vacibliyinə diqqət yönəldib. O, eyni zamanda hərbi diktor Şəmistan Əlizamanlının Vətən qarşısında xidmətlərinin qiymətləndirilməsinin zəruriliyini vurğulayıb.

    Parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov isə müzakirəyə çıxarılan qanun layihələrindən kənarda danışılmasını düzgün saymayıb: "Facebook” səhifələrinizdə belə məsələləri yaza bilərsiniz”.
    PAYLAŞ:

    Oxşar xəbərlər