Zelenskinin andiçməsinə gedəcək 5 prezident bəlli olub

Zelenskinin andiçməsinə gedəcək 5 prezident bəlli olub
  • Dünya / Manşet

  • Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin inauqurasiyasına gedəcək beş ölkə prezidentinin adı təsdiqlənib.

    Asiya.az xəbər verir ki, bu barədə Ukrayna XİN-in mətbuat katibi Yekatrina Zelenko məlumat verib. Andiçmə mərasimində Latviya, Litva, Estoniya, Gürcüstan və Macarıstan prezidentləri iştirak edəcəklər.

    Bundan başqa, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç və NATO baş katibinin köməkçisi də səfərini təsdiqləyib.

    XİN nümayəndəsinin sözlərinə görə, Rusiya tədbirə dəvət edilməyib: “Biz tərəfdaşımız və dostlarımız olan ölkələri dəvət etmişik”.

    Qeyd edək ki, Ali Rada Zelenskinin inauqurasiyasını mayın 20-nə təyin edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər