Bərdədə kişi arvadını bıçaqladı - vəziyyəti orta-ağırdır

Bərdədə kişi arvadını bıçaqladı - vəziyyəti orta-ağırdır
  • Olay / Hadisə

  • Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Asiya.az Reportun Qarabağ mərkəzinin verdiyi məlumata istinadən bildirir ki, hadisə rayonun Lək kəndində qeydə alınıb.

    Belə ki, rayon sakini Rafiq Əliyev həyat yoldaşı 38 yaşlı Tahirə Əliyevanı bıçaqlayıb.

    Bir neçə bıçaq xəsarəti alan qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.

    Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər