Bakıdan Yardımlıya gedən mikroavtobus qəzaya uğradı

Bakıdan Yardımlıya gedən mikroavtobus qəzaya uğradı
  • Olay

  • Bu gün səhər saat 5 radələrində Ələt-Astara avtomobil yolunun Neftçala rayonunun Qaçaqkənd kəndindən keçən 86-cı km-də ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Yardımlı rayonunun Kürəkçi kəndinin 50 yaşlı sakini Səlim Müzəffər oğlu Mirzəyevin idarə etdiyi 10 XK 418 dövlət nömrə nişanlı “Ford Transit” markalı sərnişin mikroavtobusu qarşısında hərəkətdə olan Lənkəran şəhər sakini Fənail Ağabəy oğlu Ağayevin idarə etdiyi “KamAZ” markalı yük maşınına çırpılıb.

    Hadisə nəticəsində sürücü və 3 nəfər sərnişin aldıqları ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

    Ağır vəziyyətdə olan daha 2 nəfər sərnişin isə hadisə yerində olan DYP maşını ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

    Dünyasını dəyişmiş 4 nəfərin cəsədləri şəxsiyyətləri müəyyən edilməsi və müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Salyan rayonlararası birliyinə gətirilib.

    Hadisənin mikroavtobusun sürücüsünün sükan arxasında yuxulaması ucbatından baş verdiyi ehtimal edilir. Yük maşınının sürücüsünün bildirdiyinə görə, mikroavtobus onun idarə etdiyi maşına arxadan kiçik intervalla iki dəfə çırpılıb.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər