Üzərində Rövşən Lənkəranskinin fotoşəkli olan köynəklərlə gəzən gənclər saxlanıldı

Üzərində Rövşən Lənkəranskinin fotoşəkli olan köynəklərlə gəzən gənclər saxlanıldı
  • Hadisə

  • Səbail rayonunun Nizami küçəsində (Torqovı) üzərində kriminal avtoritet Rövşən Lənkəranskinin fotoşəkli olan, “Talış” və “Vor v zakone” yazılan köynəklərlə gəzən gənclər saxlanılıb.

    Asiya.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə məlumat verib.

    Bildirib ki, hadisə ötən gün baş verib:

    “Üç şəxs üzərində müxtəlif yazılar yazılmış köynəklər geyinərək küçədə gəziblər. Dərhal Səbail Rayon polis İdarəsinin Post-patrul Xidmətinin əməkdaşları vəziyyətə müdaxilə edərək həmin şəxsləri 9-cu Polis Şöbəsinə gətirib”.

    “İlkin araşdırma zamanı hər üç şəxsin yetkinlik yaşına çatmadığı müəyyən edilib və profilaktik söhbətlər aparılıb. Gələcəkdə də bu cür halların yolverilməzliyi onlara çatdırılıb və sərbəst buraxılıb”.
    PAYLAŞ:

    Oxşar xəbərlər