ABŞ və İran arasında yeni vasitəçi

ABŞ və İran arasında yeni vasitəçi
  • Araşdırma / Manşet

  • ABŞ VƏ İRAN ARASINDA YENİ VASİTƏÇİ:Yaponiyanın baş nazirinin elçiliyi nə ilə bitəcək? - Araşdırma

    Donald Tramp İran prezidenti Həsən Ruhani ilə danışıqlar üçün gələn ay Tehrana səfər edəcək Yaponiya baş naziri Şinzo Abenin ABŞ və İran arasında vasitəçi olma səylərini dəstəklədiyini söyləyib.


    Asiya.az qeyd edir ki, Yaponiyaya dövlət səfərinin sonuncu günündə təşkil edilən mətbuat konfransında danışan Tramp, Abenin Şimali Koreya lideri Kim Çen Inla, ön şərtlər olmadan ilk zirvə qurma cəhdlərinə də dəstək verib.

    Şimali Koreya isə ABŞ prezidentinin milli təhlükəsizlik məsləhətçisi Con Boltonu “müharibə təhrikçisi” adlandırıb.

    İran nüvə proqramı ilə əlaqədar ölkəyə sərt sanksiyalar tətbiq etmiş və ötən həftə bölgəyə 1500 əsgər göndərən ABŞ administrasiyası ilə danışıqlara maraqlı olmadığını bildirib.

    Tehranla birbaşa danışıqlar təklif edən Tramp isə jurnalistlərə açıqlamasında deyib: “Bildiyimə görə, baş nazir və Yaponiyanın İranla çox yaxşı əlaqəsi var, buna görə də, nə baş verəcəyini gözləyəcəyik”.

    Yaponiyanın yeni imperatoru Naruhito ilə görüşən ilk dünya lideri – Tramp Bazar ertəsi günü dediyinə əlavə edib: “Baş nazir mənə bu mövzuda artıq danışıb və mən İranın danışıqlar istədiyini düşünürəm. Əgər onlar danışmaq istəsələr, biz də söhbət etməyə hazırıq… Heç kəs dəhşətli şeylərin baş verməsini görmək istəmir, xüsusilə mən”.

    Daha sonra Tramp bildirib ki, Vaşinqton İran rejimində dəyişikliklə maraqlanmır: “İranda heç bir nüvə silahı görmək istəmirəm. Məncə, müqavilə bağlayacağıq. İran böyük iqtisadi potensiala sahibdir… Biz rejim dəyişikliyini axtarmırıq, nüvə silahı axtarırıq. İrana zərər vermək istəmirəm”.

    Abe Yaponiyanın “mümkün olan hər şeyi edəcəyini” deyib: “Yaponiya və ABŞ sıx əməkdaşlıq etməlidir ki, İran ətrafındakı gərginlik azalsın və o, silahlı münaqişəyə gətirib çıxarmasın”.

    Tramın barışdırıcı ahəngi nüvəsizləşdrmə müzakirələrində kilidlənmə və Pxenyanın qısamənzilli raketlərin son sınaqlarını keçirməsinə baxmayaraq, Şimali Koreyaya da şamil olub.

    Tokiodakı dövlət qonaq evində Abenin yanında dayanarkən, Tramp bildirib ki, Kim “iqtisadi cəhətdən güclü dövlət yaratmağı düşünür”.

    “O bilməlidir ki, inkişaf istəyirsə, bu, nüvə silahları ilə baş verməyəcək”.

    Pxenyanın 2017-ci ilin sonlarından etibarən nüvə silahları və uzaqmənzilli raketləri sınamadığını qeyd edərək, Tramp əlavə edib: “Mən bu işdən çox məmnunam”.

    Daha əvvəl o deyib ki, Şimali Koreya lideri ilə əlaqəsi “böyük hörmətə layiqdir və rejimin nüvə proqramının ləğvində irəliləyiş perspektivi var”.

    Şimali Koreya həftəsonu Boltonu “müharibə təhrikçisi” və “qüsurlu bəşər məhsulu” adlandırıb. Bu, Boltonun qısamənzilli raket sınaqları ilə Şimai Koreyanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu iddia etməsindən sonra baş verib.

    Abe Boltonun qiymətləndirməsi ilə razılaşıb, amma Tramp jurnalistlərə açıqlamasında sınaqlarla “şəxsən narahat olmadığını” deyib.

    Şimali Koreyanın rəsmi KCNA xəbər agentliyi adı açıqlanmayan bir rəsmidən sitat gətirib: “Bolton təhlükəsizliyi təmin edən təhlükəsizlik məsləhətçisi deyil, o, sülh və təhlükəsizliyi məhv edən məsləhətçidir. Ən qısa zamanda bu qüsurlu bəşər məhsulunun yoxa çıxması ən yaxşı seçimdir”.

    Abe son zamanlarda şimali koreyalılarla qarşılıqlı münasibətdə mövqeyini dəyişib və Soyuq müharibə dövründə Şimali Koreyanın agentləri tərəfindən Yaponiya vətəndaşlarının qaçırılması məsələsində əhəmiyyətli irəliləyişlər edildiyi təqdirdə, ilkin şərtlər olmadan Kimlə görüşməyə hazır olacağını söyləyib.

    Şinzo Abe deyib: “Ön şərtlər olmadan və səmimi fikir mübadiləsi ilə Kimlə üz-üzə görüşməmin vacibliyini düşünürəm. Prezident Tramp… buna tam dəstək verəcəyini söyləyib”.

    ABŞ və İran arasında yeni vasitəçi


    Bazar ertəsi günü Tramp 1970-80-ci illərdə Şimali Koreyaya aparılmış bəzi insanların ailələri ilə görüşüb. O, qaçırılanların geri qaytarılması üçün “böyük dərdi olan” ailələrə kömək edəcəyini deyib.

    Bu arada, imperator Naruhito və xanımı Masako Tramp və birinci xanım Melaniyanı fəxri qarovulla Sarayda salamlayıblar.

    Donald Tramp, 200 il sonra taxt-tacdan imtina edən ilk imperator, atası Akihitodan sonra Yaponiya monarxı Naruhito ilə görüşən ilk dünya lideri olmaq şərəfinə nail olub.

    Tərcümə: Strateq.az
    PAYLAŞ:

    Oxşar xəbərlər