Müğənni qızı barədə deyilənlərə əsəbləşdi: Səni Allaha tapşırıram

Müğənni qızı barədə deyilənlərə əsəbləşdi: Səni Allaha tapşırıram
  • Mədəniyyət

  • Müğənni Rahidə Baxışova "5/5"də sosial şəbəkə hesabında qızı ilə bağlı etdiyi paylaşıma bəzi neqativ şərh yazanlara etirazını bildirib.

    Asiya.az xəbər verir ki, xanım ifaçı 5 yaşlı qızı ilə bağlı etdiyi paylaşımda insanların belə şərhlərini heç cür qəbul edə bilmədiyini deyib.

    Rahidə efir vasitəsi ilə videoya yazılan həmin şərh sahiblərini qınayıb:

    "Qızımın 5 yaşı var. Hələ məktəbə getmir də, məktəbə hazırlıq kurslarına gedir. Rus bölməsinə qoymuşam. Uşaq da rus dilində şirin danışdığına görə yerləşdirdim səhifəmə. Kiçik səhvləri olub dildə. Gördüm ki, bir neçə adam "A! Bu hələ rus dilində səhv danışır". Mən onlara başa salmaq istədim ki, o, hələ balaca uşaqdı e. 5 yaşında uşaqda səhv tutmaq olmaz da. Uşaqda səhv tutmaq olarmı? O bir az məni incitdi. Elələrinə cavab da vermirəm, xoşuma gəlməyəni blok da edirəm.

    Bu yaxında da bir dənə elə bir şərh oldu ki, "Allah səni öldürsün". Deyirəm "Ayıb deyil, Ramazan ayında belə yazırsan. Mən də dedim "Səni Allaha tapşırıram". Mən bir insanı istəsəm belə, istədiyimdən də demərəm "Allah səni öldürsün"".
    PAYLAŞ:

    Oxşar xəbərlər