“Səsimi 500 manata..." - Aqil M. Quliyevlə MÜSAHİBƏ

“Səsimi 500 manata..." - Aqil M. Quliyevlə MÜSAHİBƏ
  • Hərb

  • Məşhur rejissor, aktyor Aqil M. Quliyev eksklüziv müsahibə verib.

    Asiya.az rejissorla olan müsahiəni təqdim edir:
    Rejissor hazırkı klip bazarındakı vəziyyətdən, bayağı musiqilərdən və yaradıcılığındakı yeniliklərdən danışıb.

    - Yaradıcılığınızda hansı yeniliklər var?

    - Məşhur “Ər Arvad” serialının filmi çəkiləcək. Rus Dram Teatrında Elçin Əfəndiyevin “İblisin oyunları” pyesinin quruluşu üzərində çalışıram. Daha sonra oktyabrda Cəlil Məmmədquluzadənin əsəri üçün işləyəcəm. Tamaşanın bütün video instalyasiya, qrafika işlərini hazırlayacam. Aktyor kimi “Hozu 2”, “Qış Nağılı 2” filmində oynamışam”.

    - Klip bazarına bir dəfəlik STOP demisiniz?

    - Klip daha çox cavan kadrlar üçündür. Hazırda çox gözəl yeni nəsil yetişib. Biz kitablar ilə, onlar isə “iPad”lərlə böyüyüblər. Ona görə də texnologiya baxımından inkişaf gedir. Peşəkardırlar. Həm reklam, həm də film sahəsində gözəl işlər var. Məni daha çox adıma görə dəvət edirlər. Brend kimi lazım olanda çağırırlar. Biz işləyəndə musiqi indiki kimi deyildi, fərqliydi. Vaqif Gərayzadənin musiqilərinə klip çəkirdik. Oxuyanlar da Faiq Ağayev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva idi. Hər kəs çalışırdı ki, klassik estradanın davamçısı olsun. İndikilər isə ancaq “like”, "Youtube”də baxış sayının çox olması üçün çalışır. Məqsədlər fərqlidir.

    - Musiqimizdə bayağılaşma gedir?

    - Mən indiki musiqimizdə problem yaşayıram. Ola bilsin ki, gənclərin fikrincə, bu normaldır, amma bizim nöqtəmizdən bayağılaşma gedir. Neçə ildir, hər kəs toy bazarı üçün çalışır. Müğənnilər toy üçün mahnı, geyim seçir. Çünki pul oradadır. Sənətkar, sənətçi olmaq qalıb qıraqda. Şou-biznesə münasibət dəyişib. Azərbaycan tamaşaçısı zalda oturanda könlündən kabab yemək düşür, toya gəlib, pul verib, yeyib içə-içə, siqaretini çəkib, viskisini içib müğənniyə baxır. Bir sözlə, yeyə-yeyə şou proqrama baxırıq. Bizim vaxtımızda hətta qalmaqallar səviyyəliydi. Sənətçi ilə publika arasında pərdə aradan qaldırılıb, bu isə yaxşı deyil.

    - Efirlərdə az-az görünürsünüz. Buna səbəb nədir?

    - “Çağırılan yerə gedirəm. Bir dəfə verilişlərin birinə qatıldım. Sağdan-soldan qırğın getdi. Sonra özüm-özümə fikirləşdim ki, mənim burada nə işim var? Əksər verilişlərdə şit-şit zarafatlar, maraqsız, yersiz söhbətlər olur. İlqar Mikayıloğlunun layihəsində qonaq oldum çox gülməli və maraqlı efir alınıb. Sonuncu dəfə nə vaxt televizoru açdığımı xatırlamıram. Çalışıram ciddi layihələrdə yer alım. Zarafat və şou xarakterli verilişlərə getmək olar, amma ildə bir dəfə”.

    - Çoxlarının ağlında qapalı, ciddi və təhlükləli insan kimi qalmısınız. Bu, həqiqətən də belədir?

    - Qapalı, sərt insan deyiləm. Səmimi və sadəyəm. Əksəriyyət mənə müraciət etməkdən çəkinir. Deyilənə görə, gördüyüm işlər çox bahalıdır. Səsimi 500 manatdan aşağıya yazmıram. Bazarda saxta Aqillər var, hansı ki, 50-100 manata səsimi satır. Olmaz belə. Heç olmasa, 150-200 manata yazın. Verilişlərə çağırmırlar, çünki düşünürlər ki, gəlmərəm, salam verməyə qorxurlar. Bu fikri vaxtı ilə elə televiziyalar qoyub. Şou-biznes meşəsinin mənfi personajı, xoxanı idim. Aqil padişah, şəhzadə deyil.
    (Redaktor.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər