Şəki sakini qonşusu tərəfindən bıçaqlanıb

Şəki sakini qonşusu tərəfindən bıçaqlanıb
  • Olay

  • Şəkidə bıcaqlanma hadisəsi baş verib.

    Asiya.az "Report"un Şimal-qərb bürosunun məlumatına istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Aşağı Daşağıl kəndində baş verib.

    Kənd sakini 1988-ci il təvəllüdlü Vüqar Nemət oğlu Abdurəhmanov mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb.

    Bir-neçə bıçaq xəsarəti alan yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Xəstəxanadan bildirilib ki, ona sol bel və döş nahiyyəsinin aşağı hissəsinin daxilə nüfuz etməyən kəsilmiş yarası diaqnozu qoyulub, vəziyyəti orta-stabildir.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər