DİN:Ötən gün yol qəzalarında 7 nəfər ölüb

DİN:Ötən gün yol qəzalarında 7 nəfər ölüb
  • Hadisə

  • Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlarlar açıqlanıb.

    Asiya.az DİN-in Mətbuat xidmətindən verilən məlumata görə bildirir ki, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 22 cinayətin üstü “isti izlər”lə açılıb.

    Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

    Axtarışda olduğuna görə ümumilikdə 8 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil veriib.

    Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb.

    Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanııb.
    PAYLAŞ:

    Oxşar xəbərlər