“Çelsi” Bakıda çempion oldu - FOTOLAR

“Çelsi” Bakıda çempion oldu - FOTOLAR
  • Manşet / İdman

  • UEFA Avropa Liqasının final qarşılaşması keçirilib.
    Asiya.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda iki London klubu - “Çelsi” və “Arsenal” çempionluq uğrunda mübarizə aparıblar.
    “Çelsi” Bakıda çempion oldu - FOTOLAR

    Oyunun ilk hissəsi maraqlı anlarla yadda qalıb. Komandalar hesabı açmağa yaxın olsalar da, 45 dəqiqədə qapılaraq qol vurulmayıb.

    ***
    Matçın ikinci hissəsində “Çelsi” hesabı açıb. Jiru 49-cu dəqiqədə baxımlı qolla komandasına üstünlük qazandırıb.

    60-cı dəqiqədə “Çelsi”nin futbolçusu Peqro fərqlənib. 65-ci dəqiqə isə Eden Hazard 11 metrlik cərimə zərbəsini səhvsiz yerinə yetirib.

    ***
    Gərgin idman mübarizəsi şəraitində keçən görüşün 69-cu dəqiqəsində "Arsenal" vurulan toplardan birinin əvəzini çıxıb. Az keçmədən matçda növbəti qol qeydə alınıb.
    “Çelsi” Bakıda çempion oldu - FOTOLAR


    ***
    Görüşün 72-ci dəqiqəsində Eden Hazard dubl edib. Qalan dəqiqələrdə qapılara top vurulmayıb.

    Hakimin təyin etdiyi 3 dəqiqə əlavə vaxtdan sonra final oyunu başa çatıb. Belə ki, Bakı finalında 4:1 hesablı qələbə qazanan “Çelsi” Avropa Liqasının qalibi olub.

    Final matçından sonra qaliblər mükafatlandırılıb.
    “Çelsi” Bakıda çempion oldu - FOTOLAR


    Qeyd edək ki, final oyununu italiyalı referi Canluka Rokki idarə edib. Avropa Liqası tarixində ilk dəfə bu oyunda videonəzarət (VAR) sistemindən istifadə olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər