"Mətbuat Şurasına daxil olan şikayətlərin 30 faizə qədəri müəllimlər və direktorlar ..."

"Mətbuat Şurasına daxil olan şikayətlərin  30 faizə qədəri müəllimlər və direktorlar ..."
  • Cəmiyyət

  • "Mətbuat Şurasına il ərzində 600-700 şikayət daxil olur. Bu şikayətlərin minimum 30 faizi məhz təhsil sahəsi ilə bağlıdır" .
    Asiya.az xəbər verir ki, bu fikri Mətbuat Şurasının sədri Əflatun Amaşov Təhsil Nazirliyinin KİV nümayədələri üçün keçirdiyi təlimdə deyib.

    O bildirib ki, bir çox hallarda şikayət verən tərəf haqlı olur:
    "Bəzi saytlar var ki, biz onları reket kimi qara siyahıya salmışıq. Onlar məktəb və müəllimlər haqqında olmazın həqiqətdən uzaq informasiyalar yayırlar. Düzdür, bunlar arasında həqiqəti yazanlar da olur. Ancaq baxırsan ki, bəzən təsəvvür yaradırlar ki, Azərbaycanda müəllimlər savadsızdır, məktəblərdə rüşvət tüğyan edir. Təəssüflər olsun ki, belə saytların da sayı çoxdur. Bəzi həmkarlarımız düşünür ki, məktəb təhsillə yanaşı tərbiyə də etməlidir. Adətən tərbiyə məsələsi ailədə olur. Düzdür, müəllimlərin ədalətsizlikləri onların gələcəyinə müəyyən dərəcədə mənfi təsir edir. Amma hər şeyi məktəbin üzərinə atmaq olmaq".
    PAYLAŞ:

    Oxşar xəbərlər