Bakı metrosunda sevgilini öldürmək istəyənə ağır cəza verildi

Bakı metrosunda sevgilini öldürmək istəyənə ağır cəza verildi
  • Hadisə

  • Bakıda metroda sevgilisini bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub.

    Asiya.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham edilən Vahid Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən V.Abdullayev 11 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında baş verib. Metronun "Nəsimi" stansiyasında 1972-ci il təvəllüdlü Bakı şəhər sakini Quliyeva Elnarə Baloğlan qızı 1972-ci il təvəllüdlü Abdullayev Vahid İnqilab oğlu tərəfindən bıçaqlanıb.

    Hadisəni törətməkdə şübhəli bilinən Vahid Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, Vahid Abdullayev E.Quliyeva ilə qeyri-rəsmi nikahda olub və hadisə də qısqanclıq zəminində baş verib.

    V.Abdullayev Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə ittiham edilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər