Çin ilk dəfə dənizdən kosmosa raket buraxıb

Çin ilk dəfə dənizdən kosmosa raket buraxıb
  • Dünya

  • Çin Sarı dənizdəki ərazi sularından ilk dəfə olaraq kosmosa raket buraxılışını həyata keçirib.

    Asiya.az AZƏRTAC-a istinadən bildirir ki, Çinin kosmos sənayesində yeni mərhələnin başlanğıcı hesab olunan raket buraxılışı yerli vaxtla günorta saat 12:06-da (Bakı vaxtı ilə səhər 8:06) baş tutub. "Long March 11" daşıyıcı raketi dənizdəki mobil məntəqədən buraxılıb. Raketin missiyası 6 peyki Yer səthindən 600 kilometr yüksəklikdə orbitə qaldırmaqdır. Bu, həm də dünyada son beş ildə dənizdən ilk raket buraxılışıdır.

    "Çin kosmonavtika elmləri və texnologiyaları" korporasiyası mütəxəssislərinin hazırladıqları raketin uzunluğu 20,8, diametri isə 2 metrdir. 2015-ci ildən etibarən 6 "Long March 11" raketinin buraxılışı həyata keçirilib. Həmin daşıyıcı raketlər ümumilikdə 25 peyki orbitə çıxarıb.

    Qeyd edək ki, dənizdən orbitə ilk raket buraxılışı 1967-ci ilin aprelində Kenyanın sahil sularından həyata keçirilib. ABŞ mütəxəssislərinin hazırladıqları həmin raket İtaliyaya məxsus mobil platformadan buraxılmışdı. Sonuncu belə raket buraxılışı isə 2014-cü ildə Sakit okeandakı "Odissey" platformasından baş tutub.
    PAYLAŞ:

    Oxşar xəbərlər