Ərdoğan ABŞ-a yekun cavabını verdi –Türkiyə Rusiya ilə sazişdən çıxmayacaq

Ərdoğan ABŞ-a yekun cavabını verdi –Türkiyə Rusiya ilə sazişdən çıxmayacaq
  • Siyasət / Manşet

  • Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyip Ərdoğan çərşənbə axşamı bəyan edib ki, Türkiyə Amerika Birləşmiş Ştatlarının (ABŞ) təzyiqlərinə baxmayaraq, “S-400″ Raket Əleyhinə Müdafiə (RAM) sistemləri almaq barədə Rusiya ilə bağlanmış sazişdən çıxmayacaq. Bu barədə «The Times of Israel» nəşri xəbər verib.

    Asiya.az bildirir ki, «Bizim sazişimiz var və o, hazırda reallaşır – biz, qəti fikirdəyik. “S-400″ almaqdan imtina etməyə hazırlaşmırıq» – deyə, Türkiyə lideri «Habertürk» telekanalının efirindən bildirib («Anadolu»).

    Ərdoğanın sözlərinə görə, Moskva özünün Raket Əleyhinə Müdafiə sistelərinin satışı üzrə Vaşinqtonla müqayisədə daha sərfəli şərtlər təklif edib.
    «ABŞ «Petriot»la bağlı Rusiyanın etiyi təkliflə müqayisədə belə sərfəli təklif irəli sürməyib» – deyə, dövlət başçısı əlavə edib.

    Qeyd etmək yerinə düşər ki, Ankaranın Rusiyadan “S-400″ kompleksi almaq arzusu onun NATO üzrə müttəfiqləri və ABŞ arasında yaranmış fikir ayrılığının əsas mənbəyi sayılır. Buna görə, ABŞ Türkiyəni sanksiyalarla hədələyir.

    Ötən həftə Pertaqonun yüksək çinli məmurlarından biri bəyan edib ki, bu sövdələşmənin nəticəsi Türkiyə ilə birgə “F-35″ qırıcılarının istehsalı proqramına, həmçinin NATO ilə əməkdaşlığa «dağıdıcı» təsir göstərəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər