Macarıstan millisinin yarımmüdafiəçisi: “Azərbaycan yığması asan rəqib deyil”

Macarıstan millisinin yarımmüdafiəçisi: “Azərbaycan yığması asan rəqib deyil”
  • İdman

  • “AVRO-2020-nin seçmə oyunlarının hazırlığına ötən həftədən başlamağımız xeyrimizədir. Bu, iki ağır oyuna köklənməyimiz üçün yaxşıdır”.

    Asiya.az məlumat verir ki, bunu Macarıstan milli komandasının futbolçusu Dominik Şoboşlai deyib.

    “Videaton” klubunun yarımmüdafiəçisi AVRO-2020-nin Azərbaycan yığması ilə görüş barədə fikirlərini açıqlayıb. O bildirib ki, iyunun 8-də Bakıda keçiriləcək qarşılaşma çox ağır olacaq: “Komandamızı çətin matçlar gözləyir. Azərbaycan yığmasının oyunlarını izləyib təhlil edirik. Bu komanda asan rəqib deyil. Bunu bir an belə düşünə bilmərik. Ola bilər ki, kağız üzərində favorit bizik. Lakin Xorvatiya üzərində qələbəmiz göstərdi ki, kağız üzərində olanla reallıq heç də həmişə eyni olmur”.

    Qeyd edək ki, Azərbaycan – Macarıstan matçı “Bakcell Arena”da keçiriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər