German Qref:"Rusiya ilə Azərbaycan arasında hesablaşmalar milli valyuta ilə aparılmalıdır"

German Qref:"Rusiya ilə Azərbaycan arasında hesablaşmalar milli valyuta ilə aparılmalıdır"
  • İqtisadiyyat

  • “Rusiya ilə Azərbaycanın ticarət əməliyyatlarındakı hesablaşmaları milli valyutalara keçirmək üçün 5 il vaxt lazım gələcək”.

    Asiya.az qeyd edir ki, bunu “Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində Rusiyanın “Sberbank” bankının rəhbəri German Qref Peterburq Beynəlxalq İqtisadi Forumunda bildirib.

    “Məncə, çox düzgün addımdır. Hərçənd çox tez həyata keçirilə bilməz, bunun üçün müvafiq infrastruktur yaradılmalıdır. Özü də söhbət təkcə ödəniş sistemindən getmir, onu tez bir zamanda dəyişdirmək olar, əsas məsələ ortaya çıxan valyuta risklərinin sığortası, yəni hedcinqi, bu riskləri bazar vasitələri ilə sığorta etmək imkanı yaradan maliyyə alətlər bazarıdır. Amma istiqamət çox düzgün götürülüb və sözsüz ki, gələcəkdə bunlarda iştirak edəcəyik. Fikrimcə, bunun üçün beş il vaxt lazım gələcək”, – bank rəhbəri deyib.

    Hazırda iki ölkə arasındakı bəzi mal növlərinin dövriyyəsi ilə bağlı qarşılıqlı hesablaşmalar milli valyutalarda aparılır.

    Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar – aprel ayları ərzində milli valyutada aparılan hesablaşmaların payı ixrac əməliyyatlarında 0,23 faiz (16,6 milyon dollar), idxal əməliyyatlarında isə 0,11 faiz (4,9 milyon dollar), ötən ilin müvafiq dövründə isə ixrac əməliyyatlarında 0,99 faiz (56,12 milyon dollar), idxal əməliyyatlarında 38,4 min dollar həcmində təşkil edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər