Asiya.az klubun saytına istinadən xəbər verir ki, müqaviləsi başa çatan ispaniyalı yarımmüdafiəçi daha iki il əyalət təmsilçisinin formasını geyinəcək.
Miçel geridə qalan mövsümdə ümumilikdə 36 oyunda meydanda olub, 8 qol və 5 məhsuldar ötürməylə yadda qalıb.
2015-ci ildən “Qarabağ”da çıxış edən Miçel 144 oyunda 29 qol vurub, 4 dəfə Premyer Liqa, 2 dəfə isə ölkə kubokunun qalibi olub.
Qeyd edək ki, Ağdam klubu bir müddət əvvəl Qara Qarayevlə də müqaviləni yeniləyib.