Sabunçu rayonunda 19 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Sabunçu rayonunda 19 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
  • Olay / Hadisə

  • Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Vüqar Sadıqov saxlanılıb.

    Asiya.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, onun yaşadığı evin həyətinə baxış zamanı dibçəklərdə xüsusi olaraq əkilərək qulluq edilən 32 ədəd ümumi çəkisi 1 kiloqram 465 qram narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb. Saxlanılan şəxs həmin çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.

    Narkotik vasitələrin kultivasiyasına qarşı daha bir tədbir Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib. Daxil olan məlumat əsasında Nardaran qəsəsəbəsində yaşayan paytaxt sakini Ağaverdi Muradovun yaşadığı evin həyətində yerləşən istixanaya baxış keçirilib. Oradan xüsusi qulluq edilərək yetişdirilən 107 ədəd, ümumi çəkisi 15 kiloqram 525 qram olan çətənə kolu, 1 kiloqram 745 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

    Əməliyyat tədbirlərinin davamı olaraq A.Muradovun yaşadığı evdən 1 ədəd lüləsi və qundağı kəsilmiş odlu silah və 5 ədəd güllə aşkar edilərək götürülüb.

    Hər iki faktla bağlı toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib istintaq tədbirləri davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər