Hindistanda fil sürüsü balanı belə dəfn etdi - VİDEO

Hindistanda fil sürüsü balanı belə dəfn etdi - VİDEO
  • Maraqlı / Asiya TV

  • Hindistanda fil sürüsü ölmüş fil balasının “dəfn mərasimi”ni keçirib.
    Asiya.az bildirir ki, unikal görüntünü “ParveenKaswan” adlı istifadəçi öz “Twitter” səhifəsində paylaşıb.
    “Bu görüntüyə biganə qala bilməcəksiniz! Dəfn mərasimidir, matəmdə olan fillər ölü balanı daşıyırlar. Ailə bu itki ilə barışa bilmir”, - deyə o, qeyd edib.

    Kadrlarda filin meşədən peyda olaraq yola çıxdığını, xortumu ilə fil balasının ölüsünü tutduğunu görmək olur. Arxada xeyli yerli sakin toplanaraq kənardan bu səhnəni maraqla seyr edib. Fil balanı yolun kənarına atdıqdan sonra dayanıb. Ardınca digər filllər yavaş-yavaş yaxınlaşaraq, “cənazə”ni əhatəyə alıb.

    Videonun son saniyələrində fillərdən biri xortumu ilə balanı qaldırıb, qarşı tərəfdəki meşəyə aparıb, qalan “dəfn iştirakçıları” da onun ardınca irəliləyib.


    PAYLAŞ:

    Oxşar xəbərlər