“Miss Azərbaycan-2019”: Açıq-saçıq videolara görə çox pul alıram, sərf edir

“Miss Azərbaycan-2019”: Açıq-saçıq videolara görə çox pul alıram, sərf edir
  • Maraqlı

  • Bir neçə gün öncə "Miss Azərbaycan-2019" gözəllik müsabiqəsində qalib gələn model Səmra Hüseynova açıq-saçıq foto və videolarına görə tənqid obyektinə çevrilib.

    Asiya.az xəbər verir ki, model Oxu.az-a açıqlamasında açıq foto-videolar çəkdirməsinin səbəbini və bunu hansı qonorar qarşılığında etdiyini açıqlayıb.

    Səmra deyib ki, bu foto və videoları qonorar qarşılığında çəkdirir:

    "Açıq-saçıq kontentli materiallara görə mən öncə verilən qonorarın məbləğinə baxıram. Açıq geyimdə foto-video çəkilişinə bir qiymətə gedirəm, bağlı geyimdə başqa qiymətə".
    “Miss Azərbaycan-2019”: Açıq-saçıq videolara görə çox pul alıram, sərf edir


    Model çəkilişlər qarşılığında 2000 manata kimi qonorar aldığını deyib:

    "1000-2000 manat arasında qonorar alıram. Açıq-saçıq geyimdə çəkilişlərə görə mənə verilən məbləğ yüksəkdir, sərf edir, mən də ona görə çəkilirəm".

    S.Hüseynova açıq geyiminə görə onu tənqid edənləri də cavabsız qoymayıb:

    "Problem insanlardır. Onlar öz gözlərini tərbiyə etsələr, açıq-saçıqlığa deyil, gözəlliyə baxarlar. Hər şey ilk növbədə bizim özümüzdən asılıdır. Sənət, insanlıq, hörmət və baxış bucağı bizim özümüzdən aslıdır"
    PAYLAŞ:

    Oxşar xəbərlər