Sumqayıtda 24 yaşlı gənc qətlə yetirildi

Sumqayıtda 24 yaşlı gənc qətlə yetirildi
  • Kriminal

  • Sumqayıt şəhərində 24 yaşlı gənci qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.
    Asiya.az xəbər verir ki, iyun ayının 11-də Sumqayıt şəhərinin - 1-ci mikrorayon ərazisində qeydə alınıb.
    24 yaşlı Cəlilabad rayon sakini Faiq Füzuli oğlu Cəfərov qarın nahiyəsindən bıçaq yaraları alıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.
    4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən qətli törətməkdə şübhəli bilinən Sahib Rasim oğlu Nadirov saxlanılıb.
    Faktla əlaqədar CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər