Sadıqovlar ailəsinin evi yandı - FOTO

Sadıqovlar ailəsinin evi yandı - FOTO
  • Olay

  • Masallı rayonunun Ərkivan qəsəbəsi, Bağlaküçə məhəlləsində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğın hadisələrinə səbəb kimi elektrik naqillərindəki qısaqapanma göstərilir.
    Sadıqovlar ailəsinin evi yandı - FOTO
    Sadıqovlar ailəsinin yanan evi
    Asiya.az xəbər verir ki, ev ötən il dünyasını dəyişmiş, riyaziyyat müəllimi Həsənağa Sadıqovun ailəsinə məxsusdur.

    Həmin evdə Həsənağa Sadıqovun böyük oğlu RTŞ-də çalışan Üzeyir Sadıqov və ailəsi yaşayırdı.

    H.Sadığovun həyat yoldaşı, Fransız dili müəllimi Sima Sadlqova isə ABŞ-da Universitetdə müəllim işləyən digər oğlu Tural Sadıqovun yanındadır.
    Sadıqovlar ailəsinin evi yandı - FOTO

    Həsənağa Sadıqov, Sima Sadıqova və Tural Sadıqov
    PAYLAŞ:

    Oxşar xəbərlər