Deputat Fazil Mustafa Mehriban Əliyevanın böyük jestini belə qiymətləndirdi - FOTO

Deputat Fazil Mustafa Mehriban Əliyevanın böyük jestini belə qiymətləndirdi - FOTO
  • Siyasət / Manşet

  • Xəbər verildiyi kimi, 1-ci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva Azərbaycanın mərhum prezidenti Ə.Elçibəyin həyat yoldaşının dəfn prosesində böyük və nümunəvi jestlər edib.

    O, İstanbulda vəfat edən mərhumə Həlimə Əliyevanın cənazəsinin Naxçıvana aparılması və dəfn prosesində iştirak edən yaxınlarının Muxtar Respublikaya gedə bilməsi üçün xüsusi təyyarə ayırtdırmış, dəfnə aid bütün məsrəfləri üzərinə götürmüş, daha sonra isə Kələki məzarlığına öz adından əkliil göndərmişdir.

    Prezident İlham Əluyevin və 1-ci vitse -prezident Mehriban Əliyevanın bu jestləri cəmiyyətdə böyük əks -səda və yüksək təqdir doğurub. Bütün media quruluşları və sosial şəbəkələr bu nəcib addımı təqdir edən yazılar, statuslar paylaşır.

    Asiya.az xəbər verir ki, belə qiymətlərdən birini də millət vəkili Fazil Mustafa qələmə alıb. Musavat.com deputatın həmin rəyini təqdim edir: "Azərbaycanın milli-azadlıq hərəkatının lideri mərhum Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanımın vəfatından sonra həm ölkə prezidenti İlham Əliyevin, həm də birinci vitse-prezident Mehriban Əliyevanın atdığı addımlar gözlədiyim və atılması vacib olan addımlar idi. Söhbət məsələnin maddi tərəfindən getmir, hakimiyyət və siyasət məsələlərinin qat-qat üzərində mövcud olan insanlıq dəyərlərinin önə çəkilməsindən gedir. Cəmiyyətimizin ən çox da buna ehtiyacı var. Bir-birimizə hakimiyyət və siyasətin amansız emosiyasından uzaqlaşaraq sırf bir millətə mənsub insanlar kimi sadələşdirilmiş sayğı və ehtiram göstərməyi ənənəyə çevirməmiz olduqca vacibdir. Bu, ənənəyə ona görə çevrilməlidir ki, gələcəyimizdə siyasi- ideoloji dünyagörüşü fərqlilikləri, düşüncə ayrılıqları insan münasibətlərinin dəyərindən heç vaxt üstün tutulmasın, sayı az, problemləri çox olan millətimizn insanlarının bir-birinə aqressiyası azalsın. Mən istərdim ki, həm İlham Əliyevin, həm də Mehriban xanımın bu tərifəlayiq addımının təqdir olunmasından daha çox, cəmiyyət həyatımızda bir müsbət davranış nümunəsi kimi hamılıqla anlaşılması baş versin".


    Deputat Fazil Mustafa Mehriban Əliyevanın böyük jestini belə qiymətləndirdi - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər