Fazil Mustafa vəkillərin sayının artırılmasını təklif edib

Fazil Mustafa vəkillərin sayının artırılmasını təklif edib
  • Siyasət

  • “Vəkilliyin nüfuzunun dirçəlişi, bir müddət əvvəl vəkillə polis arasında yaranan insidentə münasibətdə müşahidə olundu”.

    Asiya.az-ın xəbərinə görə, bunu vəkilliyə namizədlərin andiçmə mərasimi ilə bağlı tədbirdə deputat Fazil Mustafa deyib.

    Onun fikrincə, vəkillərin sayı o həddə artırılmalıdır ki, vətəndaşlar hüquqi yardımdan kənarda qalmasınlar: “Vəkillik o dərəcədə əlçatan olmalıdır ki, vətəndaşlar problemləri ilə bağlı onlara müraciət edə bilsinlər. Bura maddi tərəf də daxildir, ona görə də vəkillərin vergi yükünün azalması məsələyə müsbət təsir göstərə bilər”.
    PAYLAŞ:

    Oxşar xəbərlər