Qara Qarayev prospektində zəncirvari qəza olub

Qara Qarayev prospektində zəncirvari qəza olub
  • Olay

  • Ötən gün axşam saatlarında Bakının Nizami rayonu ərazisində zəncirvari qəza baş verib.

    Asiya.az xəbər verir ki, paytaxtın Qara Qarayev prospektinin Şirin Mirzəyev (“Q.Qarayev” metrosu) və R.Rüstəmov (“Neftçilər” metrosu) küçələri arasında yerləşən hissəsində təqribən 5 minik avtomobili toqquşub.

    Qəza zamanı xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər