Fuad Muradovun və Rövşən Rzayevin Almaniyadakı biznesləri – Fotolar

Fuad Muradovun və Rövşən Rzayevin Almaniyadakı biznesləri – Fotolar
  • Araşdırma / Cəmiyyət / Manşet

  • Almaniyada “Karabakh” və “Old Baku” restoranlarının sahibi Azərbaycanın tanınmış məmurları çıxdı...

    Almaniyada iki böyük şəhərində Azərbaycan mətbəxinə malik iri restoranların sahibləri məlum olub.

    PİA.az-ın əldə etdiyi məlumata görə, Berlindəki məhşur “Karabakh” (“Qarabağ”) və Kölndəki “Old Baku” (“qədim Bakı”) restoranları keçmiş deputat və Azərbaycan-Almaniya dostluq qrupunun rəhbəri olmuş, hazırda Qaçqın və məcburi Köçkünlərlə İşü üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə keçmiş deputat həmkəri və hazırda Diasporla İşü üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova məxsusdur.

    Hər iki məmurun Almaniyada bundan başqa notariat kontorları və digər obyektləri də olduğu bildirilir. Fuad Muradov Diaspor Komitəsinə sədr seçildikdən sonra Berlində əvvəldən onların obyektlərinə nəzarət edən şxəslər yeni yaradılan diaspor birliklərində də önə çəkiliblər ki, bu da azərbaycanlılar arasında narazılığa səbəb olub.

    Bunlardan biri “Karabakh” restoranı işlədən Zaur Ağakazımovdur. Son zamanlar Almaniyada keçirilən tədbirlərin bədii hissələri, ümumiyyətlə komitə tərəfindən mədəni çəkilişlər məhz bu restoranlarda gerçəkləşdirilir. Hər iki məmur Almaniyada səfərləri zamanı dostları ilə daim bu restoranlarda görüntüləniblər. Hər iki məmura yaxın jurnalistlər isə Almaniyaya səfəri zamanı bu restoranların piar kampaniyasına cəlb olunurlar.

    Hətta Diaspor Komitəsinin özünün Almaniyada televiziya layihələri də bu restoranlar üzərindən baş tutub.

    Yazıda adı keçən vəzifəli şəxslərin və quqrumların mövqeyini dərc etməyə hazırıq...


    Fuad Muradovun və Rövşən Rzayevin Almaniyadakı biznesləri – Fotolar
    Fuad Muradovun və Rövşən Rzayevin Almaniyadakı biznesləri – Fotolar
    Fuad Muradovun və Rövşən Rzayevin Almaniyadakı biznesləri – Fotolar
    Fuad Muradovun və Rövşən Rzayevin Almaniyadakı biznesləri – Fotolar
    Fuad Muradovun və Rövşən Rzayevin Almaniyadakı biznesləri – Fotolar
    PAYLAŞ:

    Oxşar xəbərlər