Olimpiya çempionumuz Avropa Oyunlarına yollanacaq heyətdən çıxarılıb

Olimpiya çempionumuz Avropa Oyunlarına yollanacaq heyətdən çıxarılıb
  • Manşet, İdman

  • Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında iştirak edəcək güləş üzrə Azərbaycan yığmasının heyəti dəqiqləşib.

    Asiya.az-ın məlumatına görə, Milli Olimpiya Komitəsinin açıqladığı ilkin siyahı ilə müqayisədə iki dəyişiklik olub.

    Onlardan biri Olimpiya çempionumuz Toğrul Əsgərovdur (74 kq). Bir müddətdir yarışlardan kənar qalan I Avropa Oyunlarının qalibi Minsk-2019-da iştirak etməyəcək. Onu Hacımurad Hacıyev əvəzləyəcək.

    T.Əsgərovdan başqa, sərbəst güləş üzrə yığmamızın kapitanı Cəbrayıl Həsənov (87 kq) da II Avropa Oyunlarından kənar qalacaq. Bakı-2015-in bürünc mükafatçısının əvəzinə Belarusa Aleksandr Qostiyev aparılacaq.

    Güləş millimizin heyəti
    Sərbəst güləş: Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (65 kq), Hacımirad Hacıyev (74 kq), Aleksandr Qostiyev (87 kq), Nurmaqomed Qadjiyev (97 kq), Camaləddin Maqomedov (125 kq);
    yunan-Roma güləşi: Sakit Quliyev (60 kq), Kərim Cəfərov (67 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah Şəriəti (130 kq);
    qadın güləşi: Mariya Stadnik (50 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (68 kq), Səbinə Əliyeva (76 kq).

    Qeyd edək ki, iyunun 21-30-da keçiriləcək II Avropa Oyunlarında Azərbaycan yığması 82 idmançı ilə mübarizə aparacaq. Güləş yarışları isə iyunun 25-30-da olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər