Səbail rayonunda sakinlərlə səyyar qəbul keçirilib

Səbail rayonunda sakinlərlə səyyar qəbul keçirilib
  • Sosial

  • İyunun 20-də Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən 236 nömrəli tam orta məktəbdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun qəsəbə sakinləri ilə növbəti səyyar görüş-qəbulu keçirilmişdir.

    Asiya.az xəbər verir ki, Rayon İcra Hakimiyyəti başçısının müavinlərinin, RİHBA-nın məsul işçilərinin, xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin və sakinlərin iştirak etdiyi qəbulda RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 iyun 2019-cu il tarixində imzalanan növbəti sosial paketin Azərbaycanda həyata keçirilən sosial islahatların növbəti inqilabi mərhələsinin olduğunu qeyd etmişdir. Vuqar Zeynalov vurğulayıb ki, minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata qaldırılması, o cümlədən dövlət qulluqçularının, müəllimlərin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşmasına böyük töhfə verəcək: “Digər mühüm məsələ odur ki, bu sərəncam dövlət sektoru ilə yanaşı, özəl sektorda da xeyli sayda insanın əməkhaqlarının artmasına səbəb olacaq. Prezident İlham Əliyev tərəfindən imzalanan bu inqilabi sərəncamlar bir daha sübut edir ki, ölkədə aparılan siyasət sosialyönümlüdür, vətəndaşların rifahının yüksəldilməsinə, sosial müdafiəsinin gücləndirilməsinə yönəlib".

    Qəbulun gedişində sakinləri narahat edən məsələlərin həlli istiqamətində müvafiq qurum və təşkilatların rəhbərlərinə RİH başçısı tərəfindən yerindəcə tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür. Sonda qəbulda iştirak edən sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmiş və yerlərdə mütəmadi olaraq keçirilən səyyar qəbulların əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulamışlar.


    Səbail rayonunda sakinlərlə səyyar qəbul keçirilib
    Səbail rayonunda sakinlərlə səyyar qəbul keçirilib
    Səbail rayonunda sakinlərlə səyyar qəbul keçirilib
    PAYLAŞ:

    Oxşar xəbərlər