"Barselona" və "Real" arasında savaş: Neymar hansını seçəcək?

"Barselona" və "Real" arasında savaş: Neymar hansını seçəcək?
  • İdman

  • PSJ-dən ayrılmaq qərarına gələn Neymarın uğrunda İspaniyanın iki nəhəng klubu mübarizə aparır.

    Asiya.az xəbər verir ki, braziliyalı ulduzu onun sabiq komandası "Barselona" ilə yanaşı, kataloniyalıların əzəli rəqibi "Real" da heyətinə qatmağa çalışır.

    Eden Hazardı transfer edərək "Los Qalaktikos" heyəti qurmaq yolunda önəmli addım atan Madrid təmsilçisi Neymar üçün PSJ-yə 130 milyon avro ilə yanaşı, Xames Rodrgies və ya Qaret Beyli təklif edir.

    "Real"ın Neymar planının önünündəki ən böyük maneə "Barselona"dı. Kataloniya klubu sabiq futbolçusu üçün parislilərə 50 milyon avro ilə yanaşı, Osman Dembele və ya Filipe Koutinyonu təklif edir.

    Fransa mediasının məlumatına görə, PSJ hazırda təklifləri araşdırır və yaxın günlərdə iki klubdan biri ilə danışıqlara başlayacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər