“Xəzər-1” üzən qazma qurğusunda yanğın olub

“Xəzər-1” üzən qazma qurğusunda yanğın olub
  • Manşet / Olay

  • Bakı şəhərinin Səbail rayonunda, Xəzər dənizində (sahilə yaxın ərazidə) “Xəzər-1” üzən qazma qurğusunun (fəaliyyət göstərməyən) üçmərtəbəli yaşayış blokunun 2-ci və 3-cü mərtəbələrinin yanar konstruksiyaları 250 m² sahədə yanıb.

    Asiya.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Qurğunun qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər