Xəzər rayonunda "Əmək yarmarkası-2019" adlı tədbir keçirilib

Xəzər rayonunda
  • Sosial

  • Xəzər rayonu Qala qəsəbəsinin sakinlərinin işsizlik probleminin həll edilməsi, həyat rifahının yüksəldilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 25 iyun 2019 cu il tarixdə "Qala" DTEQ-da "Əmək yarmarkası-2019" adlı tədbir keçirilmişdir.

    Əmək yarmarkasında 15 müəssisə üzrə - 13 özəl 2-si dövlət müəssisəsi olmaqla 585 vakansiya təklif olunmuşdur. Tədbiri "İçərişəhər" DTMQİ direktoru açaraq tədbir iştirakçılarını salamladı və işlərində uğurlar arzu etdi. Sonra Xəzər rayon İcra Hakimiyyəti başçısının I müavini Elşən Qurbanov çıxış edərək əhalinin işlə təmin olunması məsələsinin daim ölkə başçısının və birinci vitse-prezidentin diqqət mərkəzində olduğunu vurğuladı. Sonda DMX- in rəis müavini Şahbaz Xələfov əmək yarmarkalarının fəaliyyəti haqqında əhaliyə məlumat verdi. Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə yekunlaşdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər