Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri cəbhə bölgəsində

Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri cəbhə bölgəsində
  • Sosial

  • Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının silahlı qüvəllərin Ali Baş Komandanı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevirilmişdir.

    Ordumuzun möhkəmlənməsində gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin müstəsna əhəmiyyətini nəzərə alaraq Ulu öndər Heydər Əliyevin gəncliyə yüksək etimadından, xüsusi diqqət və qayğısından qaynaqlanan dövlətimizin gənclər siyasətinin Nəsimi rayonunda daha dolğun həyata keçirilməsi məqsədilə gənc nəslin ümumbəşəri dəyərlərə yiyələnməsi, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü silsilə tədbirlər həyata keçirilir.

    26 iyun - Azərbaycan Silahlı Qüvvələr günü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinin və ictimaiyyət nümayəndələri Müdafiə Nazirliyinin Goranboy rayonundakı «N» saylı hərbi hissəsinə səfər edərək xidmət edən əsgər və zabitlərlə görüşmüşlər.

    Müdafiə Nazirliyinin Goranboy rayonundakı «N» saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərin görüşünə getmiş qonaqlar hərbi hissəsnin komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərdə olmuş, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmışlar. Sonra 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Goranboy rayonundakı «N» saylı hərbi hissə ilə birgə bayram tədbiri keçirilmişdir.


    Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri cəbhə bölgəsində
    Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri cəbhə bölgəsində
    Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri cəbhə bölgəsində
    PAYLAŞ:

    Oxşar xəbərlər