Görüşlərdə sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əhalinin sosial təminatının gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində imzalanan yeni fərman və sərəncamlar barədə məlumat verilmiş, dövlətimizin başçısının həyata keçirdiyi sosial siyasətin, bu istiqamətdə atılan hər bir addımın təməlində vətəndaş amilinin dayandığı onların nəzərinə çatdırılmışdır.
Görüşlərdə 250-dən çox sakin çıxış etmiş, onları narahat edən məsələlər dinlənilmiş və həll edilməsi üçün Səbail Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini qeyd etmişlər.
Səbail Rayon İcra Hakimiyyəti tərəfindən bu cür görüşlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur. Rayon sakinlərini bu görüşlərdə iştirak etməyə dəvət edirik.