Sabirabad RİH başçısı şikayətə gəlmiş kənd camaatını otağından qovub

Sabirabad RİH başçısı şikayətə gəlmiş kənd camaatını otağından qovub
  • Siyasət / Araşdırma / Manşet

  • Sabirabadın icra başçısı Siraqəddin Cabbarov qəbuluna gələn kənd camaatını otağından qovub.

    Asiya.az xəbər verir ki, bu barədə məlumatı AXCP Ali Məclisinin üzvü Sahib Rüstımli özünün Facebook səhifəsində paylaşıb.

    Partiya rəsmisi bildirib ki, rayonun Zəngənə kəndinin sakinləri bir müddətdir susuzluqdan əziyyət çəkir. “Kür və Araz çaylarının qovuşduğu yerdə məskunlaşmış Zəngənə camaatı illərdir susuzluqdan əziyyət çəkir. Onlar nə həyətyanı sahələrini, nə də pay torpaqlarındakı əkinlərini suvara bilmirlər. Muğanın yay aylarındakı dözülməz istisi onların əziyyətlərini də məhv edir”.

    Məlumatda deyilir ki, iyunun 27-də Zəngənə ağsaqqalları toplaşaraq vəziyyəti yeni başçıya çatdırmaq üçün onun qəbuluna gəlib gəliblər. “Bundan xəbər tutan məmurlar müxtəlif üsullarla camaatın yarısını yoldan qaytarıblar. İcra başçısı Siraqəddin Cabbarov isə onları dinləmək əvəzinə, hədələyərək, otağından qoyub.

    Deyib ki, mən yeni gəlmişəm, problemlər mənlik deyil”.

    Qarşi tərəfin də mövqeyini dərc etməyə hazırıq
    PAYLAŞ:

    Oxşar xəbərlər