İcra başçısı 250 minlik xidməti maşın almasından danışdı

İcra başçısı 250 minlik xidməti maşın almasından danışdı
  • Cəmiyyət, Manşet

  • Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aqil Məmmədov tender yolu ilə "Mercedes Benz S 350” xidməti avtomobilin alınmasından danışıb.

    Aqil Məmmədov unikal.org-a açıqlamasında bildirib ki, dövlət tərəfindən icra hakimiyyətinə 55 min manat xidməti avtomobilin alınması üçün pul ayrılıb: "2 ildir ki, müavinimin xidməti avtomobili yoxdur. Dövlət bücəsindən xidməti avtomobilin alınması üçün 55 min manat pul ayırldı. Təklif etdim ki, sözügedən məbləğə 2010-cu ilin buraxılışı olan "Mercedes Benz S 350” avtomobili alınsın. İcra hakimiyyəti bunun üçün tender komissiyasına müraciət etdi və tender elan olundu”.

    Aqil Məmmədov vurğulayıb ki, artıq sözügedən xidməti avtomobil dəyəri büdcələrinə uyğun olmadığı üçün təxirə salındığını da deyib: "Tenderdə hələlik sözügedən avtomobillər təklif olunmayıb. Olunan avtomobillərində qiyməti çox bahadır. Ona görə, "Mercedes Benz S 350” avtomobilin alınmasını təxirə saldıq”.

    Qeyd edək ki, tenderdə İcra Hakimiyyəti aparatı üçün "Mercedess Benz S350" model minik avtomibilinin alınması nəzərdə tutulub. Sözügedən avtomobilin yeni modelinin satış qiyməti 130 min dollardan (221 min manat) başlayır.


    İcra başçısı 250 minlik xidməti maşın almasından danışdı
    PAYLAŞ:

    Oxşar xəbərlər